“Xarkov” (Ukrayna) - “Qarabağ” – 6:2
Jali
Muaddib, 48; Kadi Borges, 68
Yeni
mövsümün hazırlığını davam etdirən “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı
çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komandamız Ukraynanın “Xarkov”
kollektivi ilə görüşüb.
Baş məşqçimuz
Qurban Qurbanov bu qarşılaşmada toplanışa cəlb olunan gənclərə də şans verib.
Oyun
rəqib komandanın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları
ikinci hissədə Jali Muaddib və Kadi Borges vurublar.
“Qarabağ”
bu gün daha bir yoxlama oyunu keçirəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş”la
qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd
edək ki, komandamız Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununda yerli “VSG
Tirol”u 4:0 hesabı ilə məğlub edib.