UEFA Avropa Liqasının I təsnifat mərhələsinin
ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Vestri” matçının təyinatları
açıqlanıb. İyulun 9-da baş tutacaq qarşılaşmanı moldovalı hakimlər briqadası
idarə edəcək.
Görüşün baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcək. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə yetirəcək.
İsveçrəli Luka Cibelli VAR, onun həmyerlisi Anojen Kanaqasinqam AVAR olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.