Our History
STADİONUMUZ
"Qarabağ"ımız 2015-ci ildən ev oyunlarını öz stadionu olan "Azərsun Arena"da keçirir.
KUBOK VƏ MÜKAFATLARIMIZ
12
AZƏRBAYCAN
ÇEMPİONU
8
AZƏRBAYCAN
KUBOKU QALİBİ
1
AZƏRBAYCAN
SUPERKUBOKU QALİBİ
SQUAD
CLUB
Yaranma və Peşəkarlaşma
1950
Klubun yaranması 1950-ci illərin əvvəllərinə təsadüf edir. 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun peşəkar bir idman təşkilatı kimi formalaşdırılmasında ciddi işlər görüldü. Yarandığı gündən sonra bir müddət “Məhsul” adı ilə çıxış edən “Qarabağ” ilk dəfə 1966-cı ildə Azərbaycan çempionatında iştirak edib. Həmin il klub çempionatı 4-cü yerdə başa vurub. “Qarabağ” 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı.
1950
İlk Çempionluq və "Kooperativ" Dövrü
1982
1982-ci ildən 1987-ci ilə qədər isə klub “Kooperator” adı ilə yarışlara qatıldı. “Qarabağ” ilk dəfə Azərbaycan çempionu adına 1988-ci ildə layiq görülüb. Həmin çempionluqdan sonra “Qarabağ” SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə “Qarabağ” SSRİ çempionatının 9-cu zonasında yarışdı.
1982
"Azərsun" Sponsorluğu və İnkişaf
2001
2001–ci ildə “Azərsun” şirkətinin komandanı sponsorluğa götürməsindən sonra maddi problemlər həll olundu və klub “Qarabağ-Azərsun” adlandırıldı. 2001-2002-ci il çempionatı yarımçıq dayandırıldığından qarşıya qoyulan məqsədə çatmaq mümkün olmadı.
2001
Geri Dönüşlər və İlklərimiz Oldu
2008
2008-ci ilin avqustunda baş məşqi postuna Qurban Qurbanov gətirildi və klubun tarixində yeni səhifə açıldı. İlk mövsümdə Azərbaycan kuboku qazanıldı. 2013/14 mövsümündə çempionluq həsrəti başa çatdı və ardıcıl illərdə yeni titullar əldə olundu.
2008
Tarixi Avropa Uğurlarımız
2024/25
“Qarabağ” 2024/25 mövsümünü uğurla başa vurub, ardıcıl 4-cü, ümumilikdə 12-ci dəfə ölkə çempionu olub. Komandamız ardıcıl 11 dəfə UEFA klub turnirlərinin əsas mərhələlərinə vəsiqə qazanmaqla tarix yazıb.
2024/25
Tarixi Nəticə və "Şəfəq" Dövrü
1968
Bu illər ərzində ən yaxşı nəticə 1968-ci ildə 2-ci yeri tutmaqla qazanıldı. 1977-ci ildə “Qarabağ” yenidən “Şəfəq” adı ilə bərpa edildi və 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu.
1968
Müstəqillik Dövrü və Çətinliklər
1991
1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın müstəqil futbol çempionatı təşkil olundu. 1993-cü ildə Ağdam işğal olunduqdan sonra komanda “qaçqın klub” kimi fəaliyyət göstərib. 1993-cü ildə Azərbaycan çempionu titulunu və ölkə kubokunu qazanıb.
1991
Tarixi Ada Qayıdışımız
2003
2003-cü ildə rəhbərlikdə dəyişikliklər edildi, Tahir Gözel vitse-prezident təyin olundu. 2004-cü ildə tarixi ad geri qaytarıldı və yeni loqotip hazırlandı. Klub 2006-cı ildə ölkə kubokunun sahibi oldu.
2003
Çempionlar Liqasında İlk
2017/18
2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Atletiko”, “Roma” kimi klublarla mübarizə aparan komandamız dünyada öz adından söz etdirdi.
2017/18
Rekorlar və "Qızıl dubl"
2023/24
2023/24 mövsümü 6-cı “Qızıl dubl”la nəticələnib. 11-ci dəfə Azərbaycan çempionu olan komandamız 8-ci dəfə ölkə kubokuna sahib çıxıb və rekordlarını yeniləyib.
2023/24
STADİONUMUZ
"Qarabağ"ımız 2015-ci ildən ev oyunlarını öz stadionu olan "Azərsun Arena"da keçirir.
KUBOK VƏ MÜKAFATLARIMIZ
12
AZƏRBAYCAN
ÇEMPİONU
8
AZƏRBAYCAN
KUBOKU QALİBİ
1
AZƏRBAYCAN
SUPERKUBOKU QALİBİ